Bakı, 5 yanvar, AZƏRTAC
Fransanın Afrika xalqları ilə başqa formada münasibətlər qurmasının vaxtı çatıb.
AZƏRTAC xəbər verir ki, bunu “Məğlubedilməz Fransa” Partiyasının lideri Jan-Lük Melanşon X hesabında yazıb.
Siyasətçi Fransa hərbi kontingentinin Kod d’İvuardan çıxarılmasına da münasibət bildirib: “Fransa ordusu özünün hakimiyyətə gətirdiyi şəxs tərəfindən Abicandan çıxarıldı. O cümlədən də Seneqaldan”.