AZ

Co Bayden Messini medalla təltif etdi

Hazırda "Los Anceles Qalaksi" komandasında çıxış edən ulduz hücumçu Lionel Messi ABŞ-nin iki ən yüksək mükafatından biri olan "Prezident Azadlıq Medalı"nı alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Mükafatı Messidən başqa, əfsanəvi basketbolçu Mecic Conson da daxil olmaqla, daha 17 nəfər alacaq.

Messini bu mötəbər mükafatla təltif edən Ağ Evdən bildirilib: “O, Leo Messi Fondu vasitəsilə bütün dünyada uşaqlar üçün sağlamlıq və təhsil proqramlarını dəstəkləyir, həmçinin UNICEF-in xoşməramlı səfiridir”.

Lionel Messi 2023-cü ildən ABŞ-da oynayır. 37 yaşlı argentinalı Mayami klubunda 39 oyun keçirib, 34 qol vurub və 18 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
78
fanat.az

1Mənbələr