AZ

Olmo və Viktordan La Liqanın rədd qərarına reaksiya

"Barselona"nın ispan futbolçuları - yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktor La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) 2024/2025 mövsümünün ikinci hissəsi üçün kataloniyalıların qeydiyyatını rədd etmək qərarından son dərəcə məyus olublar.

İdman.biz xəbər verirki, bu barədə X sosial şəbəkəsində Karrusel Deportivo məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispanlar özlərini aldadılmış hiss edirlər, çünki klub onlara bütün sənədlərin vaxtında göndərildiyini, La Liqa və RFEF ilə bağlı digər məsələlərin müzakirə edilərək həllini tapdığını bildirib..

Hazırda “Barselona” qeydiyyat problemini həll etmək üçün Olmo və Viktorun işi üzrə İspaniya Ali İdman Şurasına (CSD) və ya arbitraj məhkəməsinə müraciət etmək niyyətindədir.

Seçilən
51
idman.biz

1Mənbələr