Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan fenomen Murat Övüç saxlanılıb.
Publika.az xəbər verir ki, Övüç bir müddət əvvəl təyyarədə hicab bağlayıb və "Nə etsəm yaraşır. Baxın", - deyərək həmin anları izləyiciləri ilə bölüşüb.
İstanbul Respublika Prokurorluğu həmin görüntülərlə bağlı istintaq başladıb. İstintaq çərçivəsində Murat Övüç dini dəyərləri təhqir etdiyi üçün saxlanılıb.