Bakı, 5 yanvar, AZƏRTAC
Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.