''Football-plus.az'' xəbər verir ki, bu mövsüm Rusiya çempionatında 7 qol vuran 23 yaşlı dağıstanlı forvard artıq Rusiya yığmasına da dəvət olunur. Musayev bunları deyib:
''Tətildə 3 günlüyə Türkiyəyə getmək qərarına gəldim. İlk dəfə vətənimdən kənarda stadiona gedərək oyun izlədim. ''Fənərbaxça'' və ''Qalatasaray''ın ev oyunlarına getdim. O ana qədər o cür çılğın atmosferli stadion görməmişdim. İnsan adətən tətildə ən çox xoşuna gələn şeyləri etməyə çalışır. Mənim üçün də ən yaxşı tətil ora gedib o atmosferi hiss etmək idi. Metroyla ''Qalatasaray''ın oyununa getdim. Yaxşı ki, həyatda qalmağı bacardım. Az qala məni öldürəcəklərdi. Canımı güc-bəlayla qurtardım. Dəlicəsinə bir atmosfer var idi. Oyundan təxminən 2 saat öncə metroda idim. 4 qatar stadiona doğru hərəkət etdi. Bilet tapa bildiyim üçün şanslı idim. İki biletə 7 min lirə, yəni təxminən 21 min rubl verdim. Bacım da tətildə mənimlə idi. Amma onun uşağı olandan sonra artıq stadionlara birlikdə getmirik''.
ƏLİ