AZ

Braziliya açıqladı: “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…”

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması Mərkəzinin (Cenipa) mütəxəssisləri dekabrın 25-də Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil etməyə başlayıblar.

Bu barədə “Cebheinfo.az” “Euronews”-a istinadən xəbər verir.

Qeyd olunur ki, uçuş registratorlarından çıxarılan məlumatların deşifrə edilməsi üzrə işlər üç ölkənin ekspertləri ilə birgə aparılır. 

Braziliya Hərbi Hava Qüvvələrindən bildiriblər ki, pilotların səslərinin qeydləri və uçuş boyu təyyarənin vəziyyəti haqqında məlumatların yer aldığı qara qutulardakı məlumatların təhlili mümkün qədər tez həyata keçiriləcək.

Seçilən
53
50
cebheinfo.az

10Mənbələr