Rusiya ordusu Ukraynada irəliləməyə davam edir və “lxr” (Luqansk vilayəti) və “dxr” (Donetsk vilayəti) ərazisini tamamilə nəzarətə götürməyə yaxındır.
Axar.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
“Ruslar “dxr” və “lxr” üzərində faktiki nəzarəti ələ keçirmək məqsədinə yaxınlaşır. Hətta Ukrayna Prezidenti Vladimir Zelenskinin özü də Rusiya ordusunun davamlı irəliləyişini etiraf edir”, - nəşr bildirib.