"Football-plus.az" xəbər verir ki, bəzi mənbələr onun “Əl-Nəssr”i tərk etmək haqda düşündüyünü iddia edir. Lakin gələcəyi ilə bağlı danışan 39 yaşlı forvard Səudiyyə Ərəbistanında özünü yaxşı hiss etdiyini deyib:
“Ailəm və mən Səudiyyə Ərəbistanında xoşbəxtik. Biz bu gözəl ölkədə yeni həyata başlamışıq. Həyat, futbol gözəldi. Ən əsası isə peşəkar olmaq, çox çalışmaq, kluba hörmət, müqaviləyə riayət etmək, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə və “Əl-Nəssr”in daha çox titul qazanmağa çalışacağına inanmaqdı. Klub üçün Asiya Çempionlar Liqasında qalib gəlmək istəyirəm. Amma ən əsası işləməyə davam etmək və peşəkar olmaqdı... İnanıram ki, bu il klub üçün uğurlu olacaq”.