AZ

Premyer Liqa: Bu gün “Liverpul” “Mançester Yunayted”i qəbul edəcək

Bakı, 5 yanvar, AZƏRTAC

Bu gün İngiltərə Premyer Liqasında XX turun mərkəzi görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul" doğma meydanda hazırda yaxşı günlərini keçirməyən "Mançester Yunayted"i qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Ev sahibləri 45 xalla birinci, qonaqlar isə 22 xalla 14-cü sırada qərarlaşıblar.

Seçilən
27
9
azertag.az

10Mənbələr