Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İdarəsinin məlumatına görə, Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb.
Qeyd olunur ki, dekabrın 23-dən 29-dək xəstəxanalarda götürülən tənəffüs orqanlarından götürülən nümunələrin təhlilinin nəticələri Çin daxilində kəskin respirator yoluxucu xəstəliklərin, o cümlədən qrip virusu, insan metapnevmovirusu və rinovirusun aktiv şəkildə yayılmasını göstərir.
Təhlillərin nəticələrinə görə, 14 yaşa qədər uşaqlar arasında metapnevmovirusa yoluxma halları artır.
Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İdarəsi, “Şimal əyalətlərində artım tendensiyası daha açıqdır” dedi.
Bundan əvvəl Konqo Demokratik Respublikasının cənub-qərbində naməlum xəstəlikdən azı 143 nəfər ölüb.
DOĞRU.AZ