AZ

“Bunu bildirib heç kimi kədərləndirmədin”

“Sağlamlığınla bağlı problemin illərdir mövcud idi. Amma bunu heç vaxt heç kimə bildirərək kədərləndirmədin”.

OLAY yazır ki, bu sözləri instaqramda Əməkdar artist Abbas Bağırov bu gün vəfat edən aktyor Azər Baxşəliyevlə bağlı yazıb. Abbas Azərlə “Bozbash Pictures”də birgə rol aldığı səhnəni paylaşaraq bunları qeyd edib:

“Əksinə hər zaman üzün gülərdi və hamını pozitiv enerji ilə ruhlandırardın. Səni tanıyanda Ağsaqqal obrazında gördüm və bu obraz sənə həyatda çox yaraşırdı. Gənc yaşında belə bir Ağsaqqal olmaq hər kəsə nəsib olmaz. Tərbiyən, mədəniyyətin, səmimiyyətin və diqqətin hər zaman örnək idi! Bu gün acı xəbərini eşitmək bizi dərindən kədərləndirdi. Allah sənə qəni-qəni rəhmət eləsin, əziz dostumuz və Ağsaqqalımız Azər qardaş!”.

Seçilən
17
olay.az

1Mənbələr