AZ

“AZAL-ın “qara qutu”su qısa zamanda analiz ediləcək” –Braziliya HHM-dən AÇIQLAMA

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması Mərkəzinin (Cenipa) mütəxəssisləri dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-a məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil etməyə başlayıblar.

Azpost.info bildirir ki, bu barədə Euronews xəbər verir.

Qeyd olunur ki, uçuş registratorlarından çıxarılan məlumatların deşifrə edilməsi üzrə işlər üç ölkənin ekspertləri ilə birgə aparılır.

Braziliya Hərbi Hava Qüvvələrindən BBC-yə bildiriblər ki, pilotların səsləri  və uçuş boyu təyyarənin statusu haqqında məlumatların yer aldığı “qara qutu”lardakı məlumatların analizi qısa zamanda həyata keçiriləcək.

AzPost

 

 

Seçilən
38
azpost.info

1Mənbələr