“Neftçi”dən ayrılan Mark Tamaşın yeni komandası bəlli olub.
Sportinfo.az xəbər verir ki, macarıstanlı müdafiəçi Rumıniyaya qayıdıb.
O, “Sepsi” ilə anlaşıb. Bu haqda Rumıniyanın “Digi Sport” nəşri məlumat yayıb.
31 yaşlı futbolçu “Neftçi”yə məhz “Sepsi”dən keçib və bu müddətdə 39 rəsmi matça çıxıb.
Tamaş əvvəllər “Videoton”, “Puşkaş Akademi”, “Dioşqyor”, “Şlensk” klublarında oynamışdı.