“Neftçi”ni tərk edən Mark Tamaşın yeni komandası bəlli olub.
"Unikal" fanat-a istinadən xəbər verir ki, macar müdafiəçi karyerasını Rumıniyaya davam etdirəcək.
31 yaşlı futbolçu “Sepsi” ilə anlaşıb. Tamaşın keçidi yaxın günlərdə rəsmən elan ediləcək.
Qeyd edək ki, Mark Tamaş “Neftçi”yə məhz “Sepsi”dən keçmişdi. 2023-cü ilin iyulunda transfer olunan Tamaş “Neftçi”nin heyətində 39 rəsmi oyun keçirib.