Lionel Messi ABŞ-da “Prezident Azadlıq Medalı” ilə təltif edilib.
90deqiqe.Az xəbər verir ki, argentinalı ulduz futbolçu ABŞ prezidenti Co Baydenin Ağ Evdə təşkil etdiyi mükafatlandırma mərasiminə qatılmayıb.
Hadisə şənbə günü baş verib. Messinin nümayəndələri "İnter Mayami" vasitəsilə futbolçunun yoxluğunun səbəblərini açıqlayan bəyanat yayıblar.
“Leo klub vasitəsilə Ağ Evə məktub göndərdi və məktubda belə bir tanınmağın onun üçün böyük şərəf və böyük imtiyaz olduğunu söylədi. Lakin cədvəllər və öhdəliklərlə ziddiyyət təşkil etdiyi üçün o, iştirak edə bilməyəcək"
Lionel Messi 2023-cü ilin ortalarından "İnter Mayami"də çıxış edir. Argentinalının MLS klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir.