AZ

Türkiyə diplomatik heyəti Sudanda dövlət rəsmiləri ilə görüşüb

 

Xarici işlər nazirinin müavini Burhanəddin Duran Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan, Sudan xarici işlər naziri Əli Yusuf və Sudan maliyyə və iqtisadi planlaşdırma naziri Cibril İbrahim ilə görüşüb. 

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Duran dün Port Sudanda Sudan Suverenlik Şurasının sədri Burhan, nazir Yusuf və nazir İbrahim ilə bir araya gəlib. 

İkitərəfli əlaqələri və Sudandakı son vəziyyəti müzakirə edən nazir muavini Türkiyənin ölkədəki problemlərin dinc yolla həllinə verə biləcəyi töhfələr, eləcə də texniki və humanitar yardım mövzularında fikir mübadiləsi aparıb. 

Port Sudanda fəaliyyət göstərən Türkiyənin Xartum Səfirliyinin yanında Sudanda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Rəhbərliyi (TİKA) ofisinin açılması və Ziraat Katılım Bankının filialının təsis edilməsi də səfərin gündəmində yer alıb. 

Diplomatik mənbələr Türkiyənin dost ölkə Sudanın birliyi, ərazi bütövlüyü, suverenliyi və sabitliyinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Heyət 20 aydır davam edən humanitar faciənin və ölkədə böyük dağıntılara səbəb olan toqquşmaların daha çox qardaş qanı tökülmədən, dinc yollarla tezliklə sona çatdırılması üçün Türkiyənin hər cür dəstək verməyə hazır olduğunu bildiriblər. 



Seçilən
44
1
trt.net.tr

2Mənbələr