Hindistan Sahil Mühafizə Xidmətinin helikopteri Porbandarda qəzaya uğrayıb.
APA-nın ANI-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, qəzaya səbəb texniki problem olub.
Helikopterin göyərtəsində 2-i pilot olmaqla, 3 nəfər olub.
Qəza nəticəsində onlar həyatlarını itirib.