AZ

Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir?

Dekabrın 25-də Azərbaycana məxsus mülki təyyarənin qəzaya uğraması bir başqa yöndən də izah edilir. Bildirilir ki, bu, hazırda dünyada gedən qlobal və regional müharibələrin ölkəmizə sıçramasıdır.

Bir çox iddialara görə artıq Üçüncü Dünya müharibəsi başlayıb. Bunun atəşinin Azərbaycana düşməsi özünü təyyarəmizin Rusiya hərbçiləri tərəfindən yanlışlıqla da olsa vurulmasında çılpaqlığı göstərdi.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Üçüncü Dünya müharibəsindən danışmaq üçün çox tezdir:

“Çünki bundan öncəki iki dünya müharibənin başlama səbəbi, ya da müharibənin elan edilməsi kimi olayların şahidi olmadıq. Ümumiyyətlə, dünyada hazırda hansısa iki qütbün müharibə etdiyini də demək olmaz. Lakin baş verən hadisələri hibrid Üçüncü Dünya müharibəsi kimi qiymətləndirmək mümkündür.

Dünyanın bir çox regionunda müharibələr gedir və onlar arasında məntiqi əlaqə olmasa da bu müharibələrdə marağı olan qüvvələr eynidir. Yəni dolayı yolla müharibələrin pərdəarxasında bu qüvvələr arasında getdiyini demək olar.

1671105283

Qabil Hüseynli

O ki qaldı AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına, bunun bir qəza olması hər kəsə bəllidir. Lakin təbii bir qəza deyil. Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemindən açılan atəş nəticəsində təyyarəmiz vuruldu və qəza da buna görə baş verdi.

Qəzadan sonra rus mətbuatının “təyyarəni Ukrayna PUA-sı vurdu”, ya da Kiyevin qızışdırıcı mövqeyi deməyə əsas verir ki, Azərbaycanı da böyük müharibənin bir parçası halına gətirmək istəyirlər.

Əslində biz bundan öncə də İran və İsrailin eyni şeyi etdiyini gördük. İki ölkə arasında gərginliyin pik həddə çatdığı bir zamanda hər iki ölkə Bakını yanına çəkmək istəyirdi. Lakin Azərbaycan bütün təhriklərə və qızışdırma cəhdlərinə baxmayaraq balans siyasətini qoruyur. Rəsmi Bakı heç bir regional və ya qlobal münaqişənin tərəfi deyil”.

Seçilən
50
2
turkustan.az

3Mənbələr