AZ

Almaniyanın ən böyük hava limanında pis hava şəraitinə görə 120 reys təxirə salınıb

Almaniyanın ən böyük hava limanında pis hava şəraitinə görə bu gün üçün planlaşdırılan 120 reys təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə DPA agentliyinə "Fraport" əməliyyat şirkətinin nümayəndəsi bildirib.

Məlumata görə, 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib.

Münhen və Ştutqartdakı hava limanlarında da bir neçə reys təxirə salınıb. Sərnişinlərə uçuş cədvəllərini əvvəlcədən yoxlamaq planlaşdırmaq tövsiyə olunur.

“Deutsche Bahn” konserninin məlumatına görə, hazırda Frankfurt-Mayn bölgəsində hava şəraiti ilə əlaqədar olaraq, qatarların hərəkətində də məhdudiyyətlər var.

Seçilən
30
4
report.az

5Mənbələr