Azərbaycandan Suriyaya yola düşən 10 yük maşını bu gün ünvana çatıb.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, maşınlarda 200 ton ərzaq var. Avtomobillər artıq Çobanbey sərhəd-keçid məntəqəsindən keçərək Suriyaya ərazisinə daxil olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bəzi bölgələrdə yardımın paylanılmasına başlayıb.