AZ

Bakıda mayoru döydürdüyü deyilən “Lord” ləqəbli vitse-prezidentin - FOTOsu

Bakıda mayoru döydürdüyü deyilən “Lord” ləqəbli vitse-prezidentin - FOTOsu

Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.

Fotoda Fuad Zeynalov

idmancilarin-hucum-etdiyi-sexs-dsx-mayorudur

Artıq hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 

Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuq münasibətlər olub.

Fotoda Ramal Aslanov

 
 
 
Seçilən
1203
32
qafqazinfo.az

10Mənbələr