''Football-plus.az'' xəbər verir ki, həmin şəxs Nezə ''3-4 min dollar qarşılığında mənə özəl olaraq nələr təklif edə bilərsən, Nez xanım'' sualını ünvanlayıb. Məsələni qalmaqallı edən məqam odu ki, hələlik adı açıqlanmayan həmin şəxs ''Fənərbaxça''nın rəsmi üzvüdü. Hər halda onun ''instaqram'' səhifəsində məhz bu cür qeyd olunub.
Tam adı Nezihe Kalkan olan 44 yaşlı Nez bu mesaja yazdığı cavabları paylaşıb və ardınca bunları yazıb:
''Bu şəxsə siz də bir-iki kəlmə yazın. Yetər artıq. Bu, tərbiyəsizlikdi. Hələ üstəlik ''Fənərbaxça''nın rəsmi üzvüdü. Həm stadiondan, həm də uşağı ilə olan şəkilləri var. Bilirəm ki, yalandan ''səhifəm oğurlandı'' deyib nağıl danışmağa başlayacaq. Adam az da olsa, utanmalıdı''.
Nez həmin şəxsi məhkəməyə verəcəyini də əlavə edib. Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, bu məsələ ''Fənərbaxça'' prezidenti Əli Koçun da qulağına çataraq onu qəzəbləndirib. Koç həmin şəxsin üzvlüyünün ləğv olunması və bir daha stadiona buraxılmaması ilə bağlı göstəriş verib.
ƏLİ