Türkiyə Super Liqasının XVII turu çərçivəsində "Fənərbağça" "Hatayspor"u qəbul edir.

Offsideplus.az xəbər verir ki, davam edən oyun hakim qərarına etirazlarla diqqət çəkir.

Belə ki, hakimin Osayi-Samuelin "Hatayspor"un qapıçısına açıq ayaqla zərbə endirməsinə görə vərəqə göstərməməsi qonaqların narazılığına səbəb olub. "Hataylı" oyunçular qırmızı kart tələb ediblər. Lakin oyunçuya ümumiyyətlə vərəqə göstərilməyib.

Epizodu təqdim edirik.