AZ

Çində yayılan virus daha çox uşaqlara təsir edir

 

Çin qrip virusları və mikoplazma sətəlcəminin səbəb olduğu tənəffüs yoluxucu xəstəliklərin ən yüksək halını yaşayır. Bu virus daha çox azyaşlılara təsir edir. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pekin Uşaq Xəstəxanasının baş həkimi Van Quan deyib.

 

Onun sözlərinə görə, uşaqlarda infeksiyadan sonra əsas əlamət yüksək hərarətdir ki, bu da əzələ ağrısı, baş ağrısı, öskürək və boğaz ağrısı ilə müşayiət oluna bilər.

 

Ümumdünya Səhiyyə Təşkilatı və Çin rəsmiləri hələ fövqəladə vəziyyət elan etməyiblər.

 

Seçilən
38
sfera.az

1Mənbələr