Kirov vilayətinin Kilməz qəsəbəsində baş verən yanğın nəticəsində altı nəfər həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata görə, yanğın baş verən evdə 11 nəfər yaşlı insan yaşayırmış. Onlardan altısının həlak olduğu təsdiqlənib, daha iki nəfərin taleyi isə hələ də naməlumdur.
Hadisə yerindən görüntülər Rusiya FHN-in rəsmi Telegram kanalında yayımlanıb. Hazırda yanğının səbəbləri araşdırılır. (Musavat.com)
Milli.Az