Rusiyanın Kirov vilayətində çoxmənzilli taxta binada baş verən yanğın zamanı 8 nəfər ölüb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, evdə 11 nəfər təqaüdçü qalıb. Xilasedicilər 3 nəfəri sağ çıxara biliblər.
Evdən 3 nəfərin meyiti çıxarılıb. Qalan 5 nəfərin də yanaraq öldüyü ehtimal edilir.
Müəllif: Teleqraf.com