Rusiyanın Kirov vilayətinin Kilmez qəsəbəsində, təqaüdçülərin yaşadığı birmərtəbəli taxta yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya KİV-i məlumat yayıb.
Məlumata əsasən, yanğın nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.