AZ

Rusiya qarabaşağının idxalı qadağan edildi

Yazını böyüt
Yazını kiçilt

Belarus Dövlət Standartları Agentliyi Rusiyada istehsal olunan qarabaşaq (qreçka) markasının Gömrük İttifaqının texniki qaydalarına uyğun gəlmədiyini əsas gətirərək ölkəyə girişini və satışını qadağan edib. Qurum müəyyən edib ki, “Fermer” qarabaşaq yarması “sürətli bişirmə” funksiyasını təmin etməyib və göstərilən standart 25 dəqiqə olsa da, 29 dəqiqəyə bişirilir. Bu vəziyyət məhsulun etiketində verilən məlumatların həqiqəti əks etdirmədiyini ortaya çıxarıb.

Hafta.az-ın yazdığına görə, qadağan olunmuş məhsul Altay bölgəsində istehsal olunan “Dary Poley” şirkətinə məxsus “Fermer” markalı birinci dərəcəli qarabaşaq yarmasıdır. Qadağa yanvarın 11-dən qüvvəyə minəcək. Belarus hakimiyyəti bəyan edib ki, məhsulun bazarda olması keyfiyyət və etiket standartlarına cavab vermədiyi üçün istehlakçını çaşdıra bilər.

Bundan əlavə, Belarus dekabrın 31-də "dost olmayan" ölkələrdən bəzi məhsulların idxalına mövcud qadağaları daha bir il müddətinə uzadacağını açıqlayıb. Bu qadağaya əsasən Litva, Latviya, Polşa, Çexiya və Estoniyadan pivə, kosmetika, kişi geyimləri, boyalar və digər müxtəlif məhsulların idxalı və satışı qadağan edilib. Eyni zamanda, bəzi dəniz məhsulları, o cümlədən qazlı və mineral sular da qadağan olunmuş siyahıya daxil edilib.

Seçilən
57
hafta.az

1Mənbələr