ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirilən mərasimdə ölkədə verilən ən yüksək mükafat olan “Prezident Azadlıq Medalı”nı almaq hüququ qazananlara medalları təqdim edib.
Kulis.az xəbər verir ki, mərasimdə idman dünyasından musiqi və kino dünyasına qədər müxtəlif sahələrdən 19 nəfər mükafatlandırılıb.
Mükafat alanlar arasında Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur, "U2" qrupunun solisti Bono və milyarder Corc Soros da olub.
Əsl adı Paul David Hyuson olan Bono əvvəllər Fransanın ən yüksək ordeninə layiq görülüb və cəngavər titulunu alıb.
Keçmiş dövlət katibi Hillari Klinton, aktyor və rejissor Denzel Vaşinqton, futbolçu Lionel Messi, keçmiş basketbolçu və biznesmen Ervin Conson mükafat alanlar sırasında olub.