AZ

SOCAR Türkiyə dayanıqlı təyyarə yanacağı istehsal edəcək

İstanbul. Trend:

SOCAR Türkiyənin Dayanıqlılıq üzrə yol xəritəsi təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadovSOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, 10-dan çox dayanıqlılıq layihəsihazırlanıb.

"Əsas məqsəd dayanıqlı təyyarə yanacağı istehsal etməkdir. Buyanacaq ya yosundan, ya da evdə istifadə olunan yağlardan istehsaloluna bilər. Eyni zamanda bu istiqamətdə araşdırmalar aparılır", -o bildirib.

Qeyd edək ki, Türkiyənin ən böyük xarici investoru olan SOCAR,Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayəqoyub.

Məqalədə:
Seçilən
63
3
az.trend.az

4Mənbələr