AZ

Roma Papası Fransisk rahibələrə dedi-qodudan çəkinməyi məsləhət görüb

Roma

Roma Papası Fransisk Müqəddəs Siena Katerina Missiya İttifaqından olan bir qrup rahibəni üz ifadələrinə görə tənqid edib və onları davranışlarında daha mülayim və dostyana olmağa çağırıb. "Ulusum.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.Onun sözlərinə görə, rahibələr cəmiyyətə nümunə göstərməli, mehribanlıq və mərhəmət göstərərək Tanrının sevgisini əks etdirməlidirlər.Papanın tənqidi yalnız üz ifadələri ilə məhdudlaşmayıb. O, həmçinin rahibələrə dedi-qodudan çəkinməyi məsləhət görüb. Fransisk bildirib ki, dedi-qodular təkcə şəxsi münasibətlərə deyil, həm də dini birliyin ruhani harmoniyasına zərər vurur.Bu çağırış rahibələrə təkçə daxili harmoniya yaratmaq üçün deyil, həm də dünyaya mehribanlıq və sevgi mesajı göndərmək üçün istiqamət verir. Papa Fransiskin sözləri onun insanlara qarşı həssas yanaşma və mehribanlıqla bağlı ümumi baxışını bir daha təsdiqləyir.

Diqqət Çəkənlər

Ukraynanın sabiq baş naziri: Zelenskinin ofisi, sülh danışıqlarının baş tutmaması üçün əlindən gələni edir

Aleksandr Vuçiç: Serbiya, Rusiyadan NIS-dəki payını 700 milyon avroya almağa hazırdır

Azərbaycanda sabahdan bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqata başlanılır

Seçilən
55
ulusum.az

1Mənbələr