Gürcüstanın baş naziri İrakli Kobaxidze işğal altında olan Abxazetinin Qali rayonunun Saberio kəndində baş verən faciədən kədərləndiyini bildirib.
Hafta.az-ın yazdığına görə, o, hökumət adından yanğın nəticəsində həlak olan uşaqların ailəsinə, yaxınlarına və ictimaiyyətinə başsağlığı verir və dəstəyini ifadə edib.
“İşğal altında olan Qali rayonunun Saberio kəndində baş verən faciənin hər birimizə gətirdiyi böyük ağrını sözlə ifadə etmək mümkün deyil. Yanğın nəticəsində həlak olan uşaqların ailələrinə, onların yaxınlarına və bütün cəmiyyətimizə Gürcüstan hökuməti və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir və dəstəyimi bildirirəm”, – Kobaxidzenin bəyanatında deyilir.
Xatırladaq ki, Qali rayonunun Saberio kəndində baş verən yanğında 5 uşaq ölüb.