AZ

"Neft emalı istehsalını 2,5 faiz artırmışıq" - Elçin İbadov

2024-cü ilin sonundan etibarən xam neftin emal həcmi ildə 13 milyon tona çatdırılıb.

Modern.az-ın məlumatına görə, bunu  SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov bildirib.

"Neft emalı istehsalını ən azı 2,5 faiz artırmışıq. Emal həcmi 13 milyon ton olub”,- o qeyd edib.

Elçin İbadov deyib ki, “SOCAR Türkiye” öz strateji hədəflərinə doğru əmin addımlarla irəliləyir:

“Yüksək səviyyəli inteqrasiya olunmuş emal və neft-kimya şirkəti olmaq, təbii qaz və elektrik təchizatında  fasiləsiz və səmərəli xidməti təmin etmək,korporativ dəyərimizi artırmaq, dəyər yaratmağa davam etmək, dayanqlılıq  və gələcəyin enerjisi ilə böyümək gələcək 5 ildə əsas strateji hədəflərimiz olacaq”.

Seçilən
59
1
modern.az

2Mənbələr