AZ

Təyyarədə qorxu dolu anlar yaşandı

Avstraliyanın Melburn hava limanında dünən qorxulu anlar yaşanıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Etihad Airways” aviaşirkətinə məxsus EY461 reysi ilə Əbu-Dabiyə uçmağa hazırlaşan “Boeing 787” tipli təyyarənin eniş şassisi yanıb və təkərləri partlayıb.

Melburn hava limanından verilən açıqlamada hadisənin gediş və enişlərdə gecikmələrə səbəb olduğu, lakin aviasiya xilasetmə və yanğınsöndürmə xidmətlərinin sürətlə müdaxilə etdiyi bildirilib. 

Təyyarədə olan 271 sərnişin avtobuslarla terminala aparılarkən uçuş-enmə zolağında təmir işlərinə başlanılıb. 

“Etihad Airways” yaranan narahatlığa görə üzr istəyib və qeyd edib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi və rahatlığı onların prioritetidir.

Seçilən
45
cebheinfo.az

1Mənbələr