Aktyor İslam Mehrəliyev mərhum həmkarı Azər Baxşəliyevdən danışaraq göz yaşı töküb.
Musavat.com xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan İslam ağlayaraq xatirələrini bölüşüb:
“Birlikdə çalışırdıq. Həmişə gülərüz idi. Bircə dəfə onu kövrələn gördüm. Çay içirdik, telefonuna baxırdı. Bir şəhid uşağını gördü. Baxdım ki, Azərin gözü doldu. Dedi, uşaq atasını gözləyib, o da şəhid olub, qayıtmayıb. Bu gün Azər öz övladına bunu etdi”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor ötən gün vəfat edib.
Könül İbrahim
Musavat.com