Bakı. Trend:
Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsiçərçivəsində Kürdəxanı yol qovşağının inşası istiqamətindəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlərdavam etdirilir.
TrendAgentliyə istinadən xəbər verir ki, yeni yol qovşağı layihənin1.8-ci km-lik hissəsində inşa edilir.
Qeyd edilib ki, qovşaq 1 yol ötürücüsündən və 4 qoldanibarətdir.
"Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularınınvə drenaj borularının quraşdırılması, həmçinin, istinaddivarlarının tikintisi istiqamətində işlər davam etdirilir.
Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı,Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla,ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etmişolacaq.
Xatırladaq ki, sözügedən ərazidə yol hərəkəti iştirakçılarınıntəhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmənövbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrininqarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatanaqədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetməMərkəzi tərəfindən işıqforlar quraşdırılıb.
Bununla əlaqədar olaraq, sürücülərə hərəkətdə olarkən diqqətliolmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdəqoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayətetmələri tövsiyə olunur", - qurumdan bildirilib.