AZ

Bayden ABŞ sahillərində neft və qaz qazma işlərini qadağan etdi

ABŞ prezidenti Co Bayden Atlantik və Sakit okean sahillərində neft və qaz qazma işlərinə rəsmən qadağa qoyub.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qadağa 625 milyon akrdan çox əraziyə (təxminən 263 hektar) şamil edilir.

Bu qərar dəniz ekosisteminin, eləcə də yerli iqtisadiyyatın, o cümlədən balıqçılıq və turizmin neft dağılmalarından və dənizdə qazma işlərinin digər nəticələrindən qorunmasının zəruriliyi ilə izah olunur.

"Amerikalıların təxminən 40 faizinin sahilyanı əyalətlərdə yaşayır. Prezident Baydenin qərarı bu bölgələrin sağlam qalmasını və neft dağılmaları riskindən qorunmasını təmin edəcək”, - deyə, mətbuat xidmətinin bəyanatında deyilir.

Seçilən
51
ikisahil.az

1Mənbələr