Bakı. Trend:
Avstraliya İttifaqının Melburn şəhərində 31 Dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirtəşkil edilib.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin vəAzərbaycanın Avstraliya İttifaqındakı Səfirliyinin dəstəyi,Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olanAvstraliya Azərbaycan Cəmiyyəti və Azərbaycan Viktoriya MədəniyyətAssosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Toplantıya bu ölkədə yaşayan çoxsaylı Azərbaycan icmasınınüzvləri, Avstraliya Federal Parlamentinin və Viktoriya ştatparlamentinin deputatları, eləcə də şəhər bələdiyyə şurasının sədrivə yerli milli icma rəhbərləri qatılıb.
Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovtoplantı iştirakçılarını təbrik edib. Federal səviyyədə yenicəqeydiyyatdan keçmiş bütün icma təşkilatlarını özündə birləşdirənAvstraliya Azərbaycan Assosiasiyaları Alyansının fəaliyyətinəuğurlar arzulayıb.
Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyinin müvəqqətiişlər vəkili Vaqif Cəfərov tədbir iştirakçılarını bayrammünasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının HəmrəyliyiGününün tarixi, mahiyyəti, bu günün təsis olunmasında Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin rolu haqqında qonaqlaraməlumat verib.
Tədbirdə həmçinin Avstraliya Federal Parlamentinin üzvükonqresmen Keys Vollohan (Keith Vollohan), Viktoriya Parlamentininüzvü konqresmen Riçard Velç (Richard Velch) və AzərbaycanAvstraliya Assosiasiyaları Alyansının rəhbəri Fuad Aydınbəyzadəçıxış edib. Avstraliyanı özləri üçün ikinci vətən sayanazərbaycanlıların qürbətdə yaşamalarına baxmayaraq, bu ölkəninsosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal roloynamağa çalışdığını söyləyiblər.
Daha sonra icma üzvlərinin ifasında Azərbaycanın milli rəqslərivə musiqiləri əsasında konsert proqramı təqdim olunub.