AZ

Daşınmaz əmlak: Etibarnamə mülkiyyət hüququ yardır?

Bu gün ölkədə, xüsusilə də paytaxtda sənədsiz evlərin sayı kifayət qədərdir.

Buraya yalnız fərdi həyət evləri deyil, yeni tikilib istifadəyə verilən bina evləri də daxildir. Ancaq sənədsiz olmasına baxmayaraq, həmin evlərlə bağlı alqı-satqı prosesi də həyata keçirilir.

Burada əsas fərq “kupçalı” evlərin bir qədər baha qiymətə olmasıdır. Vətəndaş isə həm qiymət fərqi, həm də müxtəlif səbəblərdən sənədsiz evi almalı olur.

Həmin evlər isə adətən etibarnamə əsasında satılır. Ümumiyyətlə, “kupça”sı olmayan, müqaviləsi olan evlər etibarnamə əsasında satıla bilər?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”a bildirib ki, ilkin alqı-satqı o əmlakla bağlı bütün öhdəliyin ötürülməsi deməkdir:

“Əslində etibarnamə əsasında ev almaq olmaz. Çünki etibarnamənin müddəti var. Vətəndaş rəhmətə gedəndə qüvvədən düşür. Yaxud vətəndaş boşanır, həmin an etibarnamə kənarda qalır, boşanmada bölgü predmetinə çevrilir.

Bundan başqa, insan hansısa cinayət törədir, onun əmlakına həbs qoyulanda daşınmaz əmlakına həbs qoyulur. Ümumiyyətlə, etibarnamə müvəqqi xarakter daşıyır. Ancaq ilkin alqı-satqıya gəldikdə, bunun hansısa bir digər yolu yoxdursa, vətəndaş gələcəkdə hansısa bir tələbinin olmayacağını bildirir”.

Seçilən
47
cebheinfo.az

1Mənbələr