"İnter" və "Milan"nın sabiq hücumçusu Kristian Vyeri əzəli rəqiblər arasında bu gün keçiriləcək İtaliya Superkubokunun final oyunu ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Milan News" onun sözlərini belə çatdırıb:
"Deyirsiniz ki, "İnter" kağız üzərində favoritdir. Amma bəzi oyunlara proqnoz vermək nisbi anlayışdır. Derbi motivasiya və enerji deməkdir. Belə qarşılaşmaları çərçivəyə salmaq olmaz. "İnter" favorit sayılsa da, "Milan" da "diridir", Heyətində səviyyəli futbolçular cəmləşib".
Xatırladaq ki, oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat