“Yonhap” xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Ədliyyə Nazirliyinin rəsmisi dekabrın 29-da baş verən qəzadan sonra Yaponiyadan vəkil olduğunu iddia edən şəxsdən elektron məktub alıb.

İndex.az xəbər verir ki, polis rəsmiləri tərəfindən edilən açıqlamada, e-poçtda “Jeju Air” təyyarəsində 179 nəfərin ölümü ilə nəticələnən qəzaya görə məsuliyyəti öz üzərinə götürən ifadələrin və bəzi bölgələrdə güclü bombaların partladılacağı təhdidlərinin olduğu bildirilib.

Məsələ ilə bağlı araşdırma başlanıldığı bildirilən açıqlamada, “İnterpol” vasitəsilə Yaponiya polisi ilə əməkdaşlıq tələb etməyi və diplomatik kanallar vasitəsilə beynəlxalq cinayət işlərində əməkdaşlıq etməyi planlaşdırıldığı deyilib.

Qeyd edək ki, Banqkok-Muan marşrutu üzrə hərəkət edən “Boeing 737-800” model tək keçidli “Jeju Air 7C2216” təyyarəsi Cənubi Koreyanın Muan şəhərində uçuş-enmə zolağına endikdən sonra eniş şassisi açılmadıqda idarəetmədən çıxaraq divara çırpılıb.

Təyyarədə olan 179 nəfər, o cümlədən 6 ekipaj və 175 sərnişin həlak olub.

Səlahiyyətlilər qəzanın təyyarənin şassasındakı nasazlığın səbəb olduğunu, təyyarənin eniş şassisi ilk uçuşda açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib.

Cənubi Koreya aviasiya tarixində ən ölümcül fəlakət sayılan hadisədən sonra ölkədə 7 günlük milli matəm elan edilib.