AZ

Əlimizdə olan bu video vasitəsilə haqlı olduğumuzu beynəlxalq aləmə göstərməliyik - ilginc açıqlamalar

Paşinyanın keçmiş prezidentləri debata çağırmasından sonra ermənilər arxivləri açıb, ortaya töküblər. Ter-Petrosyanın ardınca sabiq baş nazir Aram Sarkisyan da Qarabağla bağlı keçmişdə olanları ictimailəşdirib. Ermənistan daxilində nələr baş verir?

Aram

Bununla bağlı Musavat.com-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, erməni siyasətçilər, keçmiş və hazırki liderlər bir-birlərini ifşa yarışına girişiblər: “Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın iç üzünü açan 30 il əvvəlki çıxışının yayımlanmasından sonra keçmiş baş nazir Aram Sərkisyanın keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan haqqında ifşaedici fikirləri geniş müzakirələrə səbəb olub. Fikrimcə, bu ifşaedici çıxış və açıqlamaların yayımlanmasında baş nazir Nikol Paşinyan maraqlıdır. Paşinyan bildirmişdi ki, ondan əvvəlki liderlər Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar aparıblar. Keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Paşinyanın iddialarını rədd ediblər. Bundan sonra Paşinyan onların hər birini bu mövzuyla bağlı debata dəvət edib. Onlar bu debatdan imtina ediblər. Bu arada, keçmiş liderlərin iç üzünü aşan faktlar ortaya çıxamağa başlayıb”. Analitik hesab edir ki, bununla N.Paşinyan sələflərinin yalançı olduğunu sübut etməyə çalışır.

Elxan

E.Şahinoğlu qeyd etdi ki, Robert Köçəryan və Serj Sərkisyanın keçmişdə Qarabağın əvəzinə, Mehrini Azərbaycana təhvil verməyə hazırlaşmaları barədə söylədikləri yeni fikir deyil: “Bu ideya vaxtilə amerikalı diplomat Pol Qobla məxsus olub. O Qarabağ probleminin həllini “ərazi mübadiləsi yolu” ilə həllini təklif etmişdi. Azərbaycana bu planı ilk gündən rədd edib. Bəlkə də Ermənistanın keçmiş liderləri bunu öz aralarında müzakirə ediblər, ancaq bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yox idi. Çünki, biz heç bir halda bu planı qəbul edə bilməzdik. Qarşımızdakı əsas hədəf Qarabağın işğalına son qoymaq idi”.

Ermənistanın 1-ci prezidentinin cinayətlərini etiraf videosu Azərbaycana hansı üstünlüklər gətirə bilərmi?

Bu,

E.Şahinoğlu: “Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın etiraf videosu Azərbaycanın əlini gücləndirə bilər. Bu videonu beynəlxalq təşkilatlara göndərmək lazımdır. “Mötədil” hesab edilən Levon Ter-Petrosyan 1990-cı illərdə etnik təmizləməni təşkil və müdafiə edib. Başqaları da bunu edib, ancaq onların etiraf videoları yoxdur və ya bizə bəlli deyil. Əlimizdə olan bu video vasitəsilə haqlı olduğumuzu beynəlxalq aləmə göstərməliyik. Anti-Azərbaycan siyasətini yürüdənlər əsasən ABŞ, Fransa və Niderlandaddırlar. Bu ölkələrdəki səfirliklərimiz Levon Ter-Petrosyanın videosunu həmin ölkələrin siyasətçilərinə və deputatlarına təqdim etməlidirlər. Digər tərəfdən həmin çıxışın mətnini Qərbin aparıcı nəşrlərində yayımlanmasına nail olmalıyıq. Qərb ölkələri etnik təmizləmə həyata keçirən Serbiyanın keçmiş lideri Miloşeviçi beynəlxalq məhkəmədə cəzalandırdı. Halbuki, Miloşeviçin “albanları Serbiyadan qovmaq lazımdır” mövzusu ətrafında geniş çıxışı olmayıb. O, bu siyasəti gizli həyata keçirməyə çalışıb. Levon Ter-Petrosyan isə azərbaycanlıların etnik təmizlənməsini əsaslandıran geniş nitq söyləyib. Bu, bizim erməni fazişmi barədə dediklərimizin sübutudur. İndi bu sübutu lazımi yerlərə göndərmək lazımdır”.

E.Paşasoy,
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr