Bu gün ADP İdarə Heyəti ilin ilk toplantısını keçirib. Toplantıda ötən ilin 25 dekabrtarixində Azərbaycan Hava Yollarına məxsus təyyarənin Bakı-Qroznı reysini yerinə yetirərkənÇeçenistan səmasında Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasınagörə Qazaxstanın Aktau şəhərinin yaxınlığında çoxlu sayda insanın faciəli şəkildə həlak olmasıilə nəticələnən qəzaya uğraması faktının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İdarəHeyəti baş vermiş qəza ilə bağlı dövlət başçısı İ.Əliyevin qətiyyətli mövqeyini təqdir edib,V.Putinin isə baş vermiş hadisənin “Rusiya ərazisində baş verməsindən dolayı” üzr istəməsiniyarımçıq üzrxahlıq kimi dəyərləndirib. Müzakirələr zamanı qəzaya uğrayan təyyarənin “qaraqutu”sunun təyyarənin istehsalçı dövləti olan Braziliyaya aparılmasını müsbət addım kimidəyərləndirən müzakirə iştirakçıları “qara qutu”dan əldə olunacaq yekun nəticələr əsasındaRusiyanın beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsinin vacibliyinibildirib. İdarə Heyəti həmçinin təyyarə qəzası ilə bağlı Azərbaycan dövlət başçısının vəAzərbaycan ictimaiyyətinin haqlı narahatçılıqlarına görə son günlər Rusiya media orqanlarındaAzərbaycana yönəlik ittihamların yer almasına da diqqət çəkib. Qeyd edilib ki, baş verənlərRusiyanın məsuliyyətdən yayınmaq cəhdidir, əslində Azərbaycan ərazisində son otuz ildətörədilən terror və hərbi cinayətlərdə Rusiya faktoru yenidən araşdırılmalıdır.İdarə Heyəti bu ilin ilk günlərində Taarif Şurası tərəfindən ölkədə kommunal xidmətlərdəqiymət artımı ilə bağlı verilmiş qərara da münasibət bildirib. Bu qərarın obyektiv səbəblərlədeyil, subyektiv səbəblərlə bağlı olduğunu bildirən müzakirə iştirakçıları ölkədə durmadan başverən qiymət artımlarını dövlət idarəçiliyində kadrların yerində olmaması, dövlət orqanlarınınəhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi ilə bağlı aydın proqramının yoxluğu, hökumətiniqtisadi siyasətinin yarıtmaz olduğu, ölkədə islahatların aparılmamasının nəticəsi və dövlətbüdcəsini xalqın hesabına doldurmaq cəhdi kimi dəyərləndirib. İdarə Heyəti kommunalxidmətlərin artırılmasına adekvat olaraq minimum əmək haqqının və pensiyaların daartırılmasına təkrar baxılmasının vacibliyini bildirib.İdarə Heyəti Ermənistanın birinci prezidenti olmuş L.Ter-Petrosyanın 1993-cü ildəAğdamın işğalından sonra “Yerkpara” erməni terrorçu qruplaşması qarşısında etdiyi çıxışınmediada yayılmasına da diqqət çəkib. İdarə Heyəti bu çıxışı ermənilərin bir daha həmErmənistanda, həm də Qarabağ ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etniktəmizləmə apardığının sübutu kimi dəyərləndirib, bu faktların Ermənistanın beynəlxalq hüquqnormalarına uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün ciddi əsaslar olduğunu bildirib.İdarə Heyəti Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan GimnastikaFederasiyasını azərbaycanlı gimnast qızların məşqçiləri tərəfindən qeyri-insani rəftara məruzqalmasına görə cəzalandırmasından narahatçılığını ifadə edib və müvafiq dövlət orqanlarını başvermiş hadisənin araşdırılması istiqamətində ciddi tədbirlər görməyə çağırıb.İdarə Heyəti son zamanlar qonşu İran dövlətinin dini liderləri tərəfindən Azərbaycanaqarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirib, baş verənləri iki qonşu dövlətarasında mövcud olan münasibətlərə növbəti qəsd kimi dəyərləndirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta