Bakı. Trend:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram"hesabında Azərbaycanın bütün xristian icmasını müqəddəs Miladbayramı münasibətilə təbrik edib.
Trend xəbərverir ki, paylaşımda deyilir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramımünasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündəbütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hərbirinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər vəxoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbuletsin!"