AZ

İndoneziya BRİKS-ə qoşuldu

İndoneziya BRİKS-ə tamhüquqlu üzvü kimi qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir", - departamentin mətbuat xidmətindən bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İndoneziyanın namizədliyi 2023-cü ilin avqustunda Cənubi Afrikada keçirilən Yohannesburq sammitində təsdiq edilib.

Seçilən
53
12
operativmm.az

10Mənbələr