AZ

İndoneziya BRİKS-in tamhüquqlu üzvü oldu

Bakı. Trend:

İndoneziya rəsmi olaraq BRİKS-in tamhüquqlu üzvü kimi birliyəqoşulub.

Trend xəbər verirki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi assosiasiyayasədrliyi çərçivəsində yanvarın 6-da bəyanat yayıb.

"Braziliya hökuməti İndoneziya Respublikasının bu gün, yanvarın6-da BRİKS-ə tamhüquqlu üzv kimi daxil olduğunu elan edir", - deyənazirliyin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, İndoneziyanın namizədliyi 2023-cü ilinavqustunda Yohannesburqda keçirilmiş sammitdə BRİKS liderləritərəfindən təsdiq edilib.

Braziliya hökuməti İndoneziyanı birliyə qoşulması münasibətilətəbrik edərək vurğulayıb ki, Cənub-Şərqi Asiyanın ən böyük əhalisivə iqtisadiyyatına malik olan bu ölkə, qlobal idarəetməinstitutlarının islahatı və qlobal Cənubda əməkdaşlığındərinləşməsi istiqamətində mühüm töhfə verəcək.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi 2025-ci ildən bir sıradövlətlərin BRİKS-ə tərəfdaş ölkələr kimi qoşulacağını bildirmişdi.Bu siyahıya İndoneziya ilə yanaşı Belarus, Boliviya, Qazaxıstan,Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan da daxildir.

Seçilən
79
12
az.trend.az

10Mənbələr