AZ

İlkin Həsəni: "Azərə donor tapılmışdı, uzandı, sonra imtina gəldi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ötən gün vəfat edən Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılmışdı".
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri verilişlərin birinə qonaq olan televiziya aparıcısı İlkin Həsəni deyib.
O bildirib ki, Azəri sevən tamaşaçılardan biri təmənnasız donor olmaq istəyirdi:
"Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Azəri bir az da bu olay sarsıtdı".
Qeyd edək ki, mərhum aktyor böyrək çatışmazlığından əziyyət çəkib.
Ətraflı süjetdə:
Seçilən
31
17
oxu.az

10Mənbələr