Bu gün İtaliya Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici matçda Milan derbisi baş tutub.
Şəhərin eyniadlı komandası "İnter"lə qarşılaşıb. Görüşə "neradzurri" fəal başlayıb. Komanda Lautaro Martinez və Mehdi Tareminin qolları ilə hesabda önə keçib. Lakin "qırmızı-qaralar" oyunda dönüş yaratmağı bacarıblar.
Teo Ernandes və Kristian Pulişiçin fərqlənməsi ilə matça hesab bərabərləşib. Qarşılaşmanın sonlarında Tammi Abraham "Milan"a qələbə qazandıran topun müəllifi olub - 3:2.
İtaliya Superkuboku
"İnter" - "Milan" 2:3
"Kalyari"dən səfər qələbəsi, Leççedə hesab açılmadı
"Barselona" 1/8 finalda, "Sevilya" turnirlə erkən vidalaşdı
“Napoli” səfərdən 3 xalla dönür
“Siti”dən inamlı qələbə, “Çelsi” və “Arsenal” yenə xal itirib
"Qalatasaray"dan çətin qələbə, "Eyüpspor"dan darmadağın