İtaliya Superkubokunda 2024-cü il mövsümünün qalibi bəli olub.
İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən final qarşılaşmasında Milan derbisi baş tutub.
Oyun maraqlı və gərgin mübarizə şəraitində keçib. "İnter" hesabda 2:0 önə keçsə də, "Milan" geridönüş edə bilib. Komandanın yeni baş məşqçisi Serjio Konseysaonun əvəzetmələri matçın gedişinə təsirsiz ötüşməyib. "Rossoneyerlilər" 3 qol vuraraq, 3:2 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar" həlledici topu 90+3-cü dəqiqədə rəqibin qapısından keçirib.
"İnter" ardıcıl 4-cü dəfə Superkuboka sahib olmaq şansını əldən verib. Rəqib komanda isə iki il əvvəlki məğlubiyyətin revanşını almağı bacarıb.
"Milan" tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazanaraq, bu göstəricidə "İnter"ə çatıb. "Yuventus"un hesabında 9 titul var.
İtaliya Superkuboku
Final
6 yanvar
23:00. “İnter” – “Milan” - 2:3
İdman.biz